Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində avtoqəza baş verib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Mehdi Ağayev sürücüsü olduğu “Volkswagen” markalı avtomobildə idarəetməni itirərək yol kənarındakı beton arakəsməyə çırpılıb. Mehdi Ağayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.
[caption id="attachment_39068" align="alignnone" width="800"]
Foto apa.az saytı[/caption]