Bakı Dairəvi yolunda Lukoil yanacaq məntəqəsi və Meyvəli ticərət mərkəzinin yaxınlığında yol qəzası baş verib. Bu haqda bu gün, 30 sentyabr günorta saatlarında BAKU.WS məlumat verir.
BMW markalı minik avtomobili yük maşını ilə toqquşması nəticəsində yolda tıxac müşahidə olunub.
Daha öncə, yük avtomobili körpünün altından keçərkən, icazə verilən hündürlüyü nəzərə almayaraq qəza törətmişdir. Nəticədə avtomobilin yük hissəsi körpünün altına ilişərək saatlarla yolda sıxlığa səbəb olmuşdur.