Bakıdan Antalyaya uçuş növbəti dəfə təxirə salınıb.
Bakuplus.az Oxu.az-a istinadən xəbər verir ki, "Anadolu JET"ə məxsus təyyarə ilə uçuş saat 00:45-ə təyin edilib.
Qeyd edək ki, bu gün bilet alan yüzə yaxın sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda çətin anlar yaşayıblar. Səbəb olaraq təyyarədə problem yarandığı bildirilir.
Bildirək ki, uçuş əvvəlcə saat 23:00-a təyin olunmuşdur.