Bakıda narkotik vasitə və silah-sursat aşkarlanıb. Bu haqda 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini H.Hüseynova məxsus “Chevrolet” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı içindən 370 qram marixuana, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 16 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.