Bakıda polis qəzada həlak olub. Bu haqda 5 may tarixində Oxu.az məlumat verib.
Yasamal rayonu, Moskva Prospektində Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı 34 yaşlı Vasif Quliyev idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb. Qəza nəticəsində o, avtomobili aşırıb. Polis hadisə yerində dünyasını dəyişib.
Baş Dövlət Yol Polis İdarəsi bildirib ki, Quliyev xidmətdənkənar vaxt idarə etdiyi avtomobili maneəyə vuraraq aşırıb.
Faktla bağlı araşdırma davam edir.