“BakıKart”ın adından dələduzluq halları aşkarlanıb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Belə ki, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Burada onların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Qurum vətəndaşlardan diqqətli olmalarını xahiş edir.