Bakı Metropolitenində cibgirliklə məşğul olan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 may tarixində xəbər verir.
Hadisə metronun “İnşaatçılar” stansiyasında baş verib. Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunu və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.