11 sentyabr tarixində Nərimanov və Nizami rayonlarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib.
Nərimanov ərazisində "Mercedes" markalı avtomobil yolu keçən 18 yaşlı gənci vurub. Aldığı xəsarətdən piyada yerincədə ölüb. Məlum olub ki, dünyasını dəyişən gənc Bakıda usta işləyirdi.
Daha bir yol qəzası Nizami rayonu Heydər Əliyev prospektində qeydə alınıb. 61 yaşlı Mirhəcər Ağalarovanı yolu keçərkən Yol Patrul Xidmətinə məxsus “BMW” markalı avtomobil vurub. Sürücü serjant Emil Əliyev yaralını xəstəxanaya çatdırıb, lakin ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.