Paytaxtın 3 rayonunda narkotik alverçiləri saxlanılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.
Nəsimidə 2 kiloqram, Yasamalda 2 kiloqram və Nizamidə 700 qramdan çox olmaqla ümumilikdə 5 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb. Ümumilikdə 7 narkotacir tutulub.
Araşdırmalar davam edir.