Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində piyadanı avtomobil vurub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
30-35 arası yaşı olan kişi yolu keçən zaman “Kia” markalı avtomobil onu vurub. Piyada xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Daha bir oxşar hadisə Xətai rayonunda qeydə alınıb. Bu haqda Bakuplus.az “Report”-a istinadən xəbər verir.
Avtomobil yolunu keçən 43 yaşlı Vüsalə Məmmədovanı nəqliyyat vasitəsi vurub. O, müxtəlif dərəcələri bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.