Nizami rayonunda gənc qadın üz və boğazından bıçaqlanıb. Bu haqda 5 yanvar tarixində APA məlumat verib.
Keşlə qəsəbəsində marketin qarşısında Sumqayıt şəhər sakini, 35 yaşlı Pərvanə Cəfərova tanışı tərəfindən bıçaqlanıb. Həmin insan onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.