25 sentyabr tarixində Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Bu haqda "Report" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər paylaşıb.
Suraxanı rayon 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Ə.Adıgözəlov, İ.Quliyev və Q.Hüseynov saxlanılıblar. Onlar Bakı şəhər sakini N.Əkbərovaya zor tətbiq edərək içərisində 202 manat pulu olan çantansını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.