Bakı sakinində odlu silah aşkarlanıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Rəcəb Hüseynov Ağcəbədi rayon ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_125817" align="alignnone" width="640"]
Foto APA.az[/caption]