Ağsuda avtomobil idarə edən Bakı sakini ürəktutmadan vəfat edib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Report-a istanadən məlumat verir.
Hadisə Ağsu–Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində baş verib. 57 yaşlı Vüqar Abbasovun halı qəfil pisləşib, o, sükan arxasında ürəktutmadan dünyasını dəyişib.
Onun meyiti adiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.