Nardaranda keçmiş məhkumdan 5 kq-a yaxın civə götürülüb. Bu haqda 9 iyun tarixində APA məlumat verib.
Sabunçu rayonunda iyunun 3-ü Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Mirzəyev saxlanılıb. Bundan əlavə, onun evində şüşə qabda, 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.