Ötən gün gecə saatlarında Bakı–Sumqayıt yolunda intihara cəhdin qarşısı alınıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Kişi körpüyə çıxaraq özünü atmaq istəyib. Ərazidən keçən sakinlər FHN-ə müraciət ediblər. Hadisə yerinə gələn xilasedicilər 44 yaşlı Mövsüm Bayramovla psixoloji söhbət apararaq ünsiyyət qurublar. Söhbətdən sonra kişi intihar etmək niyyətindən çəkinib və körpüdən düşürülüb.