Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu haqda 12 fevral tarixində APA məlumat yayıb.
Belə ki, 46 yaşlı Zəngilan rayon sakini Teyyub Əsgərov E.Xəlilov küçəsində tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Kişi aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.