Bakıda parklanmış vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanıb. Bu haqda bu gün, 6 sentyabr, Daxili İşlər Nazirliyi (DİN) öz Youtube kanalında xəbər verib.
DİN-ə daxil olan məlumata əsasən, naməlum şəxslər vaqonların alt hissəsində olan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıblar. Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar. Onların idarə etdikləri “VAZ 2106” markalı avtomobildə metal parçaları və kəsici alətlər aşkar olunub. Onlar oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.