Bakının Nəsimi rayonunda Hənifə Ələsgərov və Xan Şuşinski küçələrin kəsişməsində iki avtomobil toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Bu baradə bu gün, 9 avqust məlum olub.
“Şahidlərin verdiyi məlumata görə, "BMW" markalı avtomobil H.Ələsgərov küçəsi ilə hərəkət edərkən qarşısına yol nişanını gözləmədən "Mercedes" markalı maşın çıxıb”, - Milli.az məlumat verir.
Əlavə qeyd olunur ki, həmin küçədə işıqlandırma çox zəif olduğundan təkcə keçən gün ərzində 3 qəza baş verib.