Bakının Səbayıl rayonu Bibiheybət məscidinə yaxın ərazidə yanğın hadisəsi qeydə alınıb. Bu baradə bu gün, 31 iyul saat 17:00 radələrində sosial şəbəkədə yayılan videolardan məlum olub.
Dənizin sahilində yerləşən Şəfa restoranına məxsus köhnə binada yanğın baş verib. Yanğına səbəb binanın daxilinə atılan siqaretin olduğu ehtimal olunur.
Yanğın söndürülüb. Xəsarət alan yoxdur.