Bakının Bibiheybət məsсidinə yaxın ərazidə yanğın baş verib. Bu baradə bu gün, 31 iyul, saat 17:00 radələrində sosial şəbəkədə yayılan videodan məlum olub.
Dənizin sahilində yerləşən restoranlardan aydın görünən qara tüstü hal-hazırda ərazini bürüyüb.
Yanğının səbəbləri və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Xəbər yenilənir.