Xətai rayonunun Vunq Tau küçəsində yerləşən ərazidə bu gün, 11 avqustda saat 13:00 radələrində ağaclıq ərazi yanıb.
45 ədəd şam ağacı tələf olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.
Hal-hazırda yanğının səbəbi və dəymiş ziyan Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən arşadırılır.
Eyni rayonda bu gün, saat 15:30 radələrində daha bir yanğın qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.