Sabunçu rayonu Balaxanı qəsəbəsində yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb. Bu haqda 27 fevral tarixində Report məlumat verib.
Belə ki, 4 avtomobilin toqquşması nəticəsində 43 yaşlı Hamlet Əmirbəyov, 23 yaşlı Elvin Daşdəmirov, 21 yaşlı Nicat Fərzəliyev, 29 yaşlı Yusifzadə Yaqub, 22 yaşlı Məmmədağa Kəlbəliyev və iki naməlum şəxs xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardımın briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə araşdırılır.