Bakıda anası və bacısını qətlə yetirən şəxs Rusiyada tutulub. Bu haqda 10 yanvar tarixində Report məlumat verib.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2019-cu il dekabrın 13-də Murad Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni öldürüb. Daha sonra isə Rusiyaya qaçıb. Faktla bağlı Murad Niftizadə Cinayət Məcəlləsinin “İki və ya daha çox şəxsi öldürmə” maddəsi ilə təqsirləndirilib və Beynəlxalq axtarışa verilib.
Niftizadə Rusiya ərazisində müəyyən edilib və 2021-ci il oktyabrın 17-də həbs olunub. 2022-ci il martın 10-da isə Azərbaycana gətirilib.