Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Aftosfer.az-a istinadən xəbər verir.
Hadisə Biləcəri–Baksol yolunda qeydə alınıb. “Hyundai” markalı avtomobil yolayrıcına daxil olan zaman yük avtomobilinin kor zonasına düşdüyünə görə onunla toqquşub. Nəticədə avtomobilə ciddi maddi ziyan dəyib.
Hazırda araşdırma aparılır.