Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində ev qarət olunub. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Noyabrın 10-da qəsəbə ərazisində yerləşən evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Tovuz rayon sakini olan yeniyetmə saxlanılıb. Fakt araşdırılır.