Binəqədi rayonunda tütün məmulatları oğurlanıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Bakı şəhər sakini Razi Rzayev qəsəbədə yerləşən marketlərin birindən 500 AZN dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Onun üzərindən heroin tapılıb.
Faktla bağlı araşdırma aparılır.