Ötən gün ərzində Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda 2 nəfər batma təhlükəsi ilə üzləşib. Onlar FHN-in əməkdaşları tərəfindən xilas olunublar.