Bakının Xəzər rayonunun Binə qəsəbəsində kişi iki oğlunu bıçaqlayaraq, birini qətlə yetirib. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
50 yaşlı Rza Eyyubov 10 yaşlı oğlu Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirərək, onu öldürüb. Daha sonra o, 4 yaşlı oğlu Teymur Eyyubovu da bıçaqlayıb.
Əməli törədən kişi daha sonra özünü da bıçaqlayaraq intihar edib.
4 yaşlı Teymur Sabunçu Tibb Mərkəzinə çatdırılıb və əməliyyat olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.