Xəzər rayonu, Binə qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qəsəbədə yaşayan bir ailənin 6 üzvü kolbasadan zəhərlənib. Onlardan 3 nəfər böyük – 2-si qadın, 1-i kişi, 3 nəfər isə uşaqdır. Xəstələr müvafiq olaraq, Sabunçu Tibb Mərkəzinə və Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər.
AQTA faktla bağlı araşdırmaya başlayıb.