Bakının Binqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində ondoqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) isitnadən xəbər verir.
Alışma tikilinin 18-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.