29 sentyabr tarixində Binəqədi rayonunda kütləvi dava baş verib.
Report.az istinadən 8-ci mikrorayon ərazisindəki restoranların birində əlbəyaxa dava zamanı 23 yaşlı Əvəz Şıxməmmədov döyülərək xəsarət alıb. O, sağ əlin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma davam edir.