Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu haqda 28 yanvar tarixində Report məlumat verib.
Yasamal rayonunda 2021-ci ilin noyabr ayında Əziz Rəhimov 30 yaşlı Yasəf Əliyevi mübahisə zəminində bıçaqlayıb. Yaralı qarın və kürək nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Onun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.