Bakıda avtomobil qaçıran iki nəfər saxlanılıb. Bu haqda 14 sentyabr tarixində Lent.az məlumat verib.
Xəzər rayonunda Dövlət Yol Polisi “Mercedes” markalı avtomobilin cəriməsini yoxlayarkən onun qaçırıldığını aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes” avtomobili Bakı şəhər sakini Pərvin Tağıyev və Saatlı rayon sakini Sənan Zeynalov Binəqədi qəsəbəsi ərazisində qaçırıblar. Daha sonra onlar avtomobili Lerik rayon sakinləri N.Qasımova və onun əmisi oğluna satıblar.
Faktla bağlı araşdırma aparılır.