Bakıda əlbəyaxa dava zamanı bir nəfər ağır xəsarət alıb. Bu barədə 13 sentyabr tarixində məlum olub.
Binəqədi rayonunda mübahisə zəminində baş vermiş davada 35 yaşlı Daşqın Bayramov yaralanıb.
O xəstəxanaya yerləşdirilib və müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma davam edir.