Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, rayon ərazisində yerləşən mağazaların birində satıcının çantasından 1300 manat dəyərində qızıl üzük, sənəd və bank kartları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Hazırda araşdırma aparılır.