Novxanıda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, iyulun 8-də istirahət mərkəzində bir nəfərin 3900 manatı oğurlanıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Hazırda araşdırma aparılır.