Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, 2 evdən ümumilikdə 5 mobil telefon oğurlanıb.
Binəqədi RPİ 7-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəyyam Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.