Binəqədi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləcəri qəsəbəsi ərazisində Ş.Məmmədova məxsus “Kia” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.