Paytaxtın Binəqədi rayonunda noyabrın 23-də meyit aşkarlanıb. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-ə daxil olan məlumat əsasında əməkdaşlar rayon ərazisində yerləşən mənzillərdən birinin qapısını sındırıblar. İçəridə onlar 1 nəfərin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.