Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata əsasən, sözügedən ərazidə bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartları oğurlanıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.