Bakıda daha bir velosiped oğrusu polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Binəqədi qəsəbəsindəki həyətlərin birindən 3 ədəd velosiped oğurlamaqda və paytaxt sakini olan bir qadını aldadaraq hesabına 90 manat pul ödətdirməklə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsən Ələsgərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.