Binəqədi rayonunda naməlum avtomobil qadını vuraraq hadisə yerindən qaçıb. Bu haqda 17 oktyabr tarixində APA məlumat verib.
Biləcəri qəsəbəsində naməlum avtomobil yolu keçən 69 yaşlı Sürəyya Əfəndiyevanı vuraraq hadisə yerindən qaçıb. Zərbənin gücündən qadın əks istiqamətdə hərəkətdə olan Hüseyn Fətullayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin qarşısına düşərək hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb.