Bakının Binəqədi rayonunda mağazadan pul və geyim əşyaları oğurlamqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 26 noyabr tarixində məlumat verir.
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən E.Əlimuradov, H.İsmayılov və B.Şükürov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər rayon ərazisində daha bir mağazadan 650 manat pul və 7000 manat dəyərində geyim əşyaları oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.