Bakının Binəqədi rayonunun eyniadlı qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 27-də rayon ərazisində bir nəfərin mobil telefonu quldurluq yolu ilə talanıb.
Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.