Xəzər rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. 60 yaşlı Əfqan Səlimov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada qapalı kəllə-beyin travması və baş-beyinin əziyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.