Bakıda britaniyalı iş adamını şantaj edən qadınlardan biri, Y.Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə Y.Məmmədovanın hamilə olduğunu nəzərə alaraq, onun cəzasını şərti hesab edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü ilə E.Nəsrəddinova 11 il, Y.Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə həbs olunan Y.Məmmədova məhkəmə zalında azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən qadınlar ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205.000 manat alıblar.