Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində 43 yaşlı kişi bıçaqla yaralanıb. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Zərərçəkmiş Fərman Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Polis bıçaqlanma hadisəsinin təfərrüatlarını araşdırır.