Paytaxtın Yasamal rayonunda narkotik üstündə tutulan tanınmış bloger Cəmil Quliyev həbs edilib. Bu haqda bu gün, 16 aprel tarixində APA məlumat verib.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılaraq Yasamal RPİ-in 26-cı polis bölməsinə çatdırılıb.
Cəmil Quliyevin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə olan metamfetamin aşkar edilib. Quliyevlə bağlı toplanmış material məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Quliyev 2 ay müddətinə inzibati qaydada həbs edilib.