Daha bir tələbə dənizdə batıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu faciəvi şəkildə ölüb. O, dənizdə boğularaq dünyasını dəyişib.
Rəsul Nurməmmədli universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının III kurs tələbəsi idi.
Bildirilir ki, gənc oğlan ötən gün batması xəbəri yayılan ADİU-nun Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi İmran Cəbrayılovla birlikdə olub.